NATO-dan hərbi müdaxilə anonsu: İrana hücum başlayır?

NATO-dan hərbi müdaxilə anonsu: İrana hücum başlayır?
Kateqoriya məlum deyil
T

“NATO-nun İrana qarşı müharibəyə qoşulması ehtimalı qeyri-mümkün deyil. Bunu nə Şimal Alyansı, nə də İran istəməz, amma hadisələrin gedişində mümkün ssenarilərdən biri kimi qiymətləndirilə bilər. Çünki İranın ABŞ-la müharibədə “strateji çəkindirmə” imkanları məhduddur, bunlardan biri Hörmüz boğazıdır ki, artıq boğazla bağlı böhran cari dövrdə effekt versə də, perspektivdə situasiya dəyişə bilər”.

Sfera.az bildirir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Siyasi şərhçi bildirib ki, digər imkan ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına hücumdur:

“Amma müharibənin başlanmasından sonra İranın bu istiqamətdəki hücumları proseslərin inkişafında ciddi dönüş yaratmadı.

Doğrudur, region ölkələri təhlükəsizlik riski ilə üzləşdilər və bu da ABŞ-ın müharibəyə yanaşmasında müəyyən korrektlərə səbəb oldu, amma strateji baxımdan həll edici olmadı. Buna görə də İranın ABŞ-ın Avropadakı bazalarına hücumu seçimlərdən biri olaraq qalır.

Belə bir hücum ən çox ABŞ-ın maraqlarına uyğun gəlir, çünki Vaşinqton Tehrana qarşı müharibəyə Avropadakı müttəfiqlərini daxil edə bilmədi və bu ssenaridə Prezident Donald Trampın rəhbərlik etdiyi administrasiya təkcə İran təhlükəsi ilə bağlı haqlı çıxmayacaq, həm də öz cəbhəsini gücləndirəcək. İran bunu anlayır, lakin Avropaya hücum məsələsini ritorik müstəvidə gündəmə gətirməklə NATO-nu ABŞ-ı müharibədən çəkindirməyə sövq etmək taktikasından istifadə edir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR