Tramp Kim Çen Inla görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp bu payız Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün hazırlıqların başlanmasını istəyir.
Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın qarşıdakı Asiya səfəri çərçivəsində Kim Çen Inla üzbəüz görüş keçirməsi ehtimalı müzakirə olunur. ABŞ Prezidentinin noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etmək üçün regiona səfər edə biləcəyi bildirilir.
Bununla belə, “The Wall Street Journal” ABŞ və Şimali Koreya liderləri arasında görüşün rəsmi təşkilinə dair hazırlıqların hələ başlanmadığını qeyd edib.
Mümkün görüş Trampın ilk prezidentlik dövründə Kim Çen Inla keçirdiyi danışıqların davamı kimi qiymətləndirilir. Tərəflərin yeni görüşü baş tutarsa, əsas müzakirə mövzularının Şimali Koreyanın nüvə proqramı, regionda təhlükəsizlik və Vaşinqton-Pxenyan münasibətlərinin bərpası olacağı gözlənilir.
Görüşün baş tutması həmçinin ABŞ-nin Çin, Cənubi Koreya və Yaponiya ilə münasibətlərinə də təsir göstərə bilər.
İnci
Sfera.az






