Trampdan Hörmüz boğazı ilə bağlı diqqətçəkən paylaşım

Trampdan Hörmüz boğazı ilə bağlı diqqətçəkən paylaşım
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının “ABŞ ərazisi” kimi göstərildiyi xəritə paylaşaraq bölgə ilə bağlı diqqətçəkən açıqlama verib.

Sfera.az xəbər verir ki, Tramp sosial media hesabında daha əvvəl Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyinə dair sözlərini xatırladıb. Paylaşımda boğazın üzərində “Yeni ABŞ Ərazisi” ifadəsinin yer aldığı xəritə təqdim olunub.

Tramp avqustun 14-də qatıldığı tədbirdə ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tam blokada tətbiq etdiyini iddia edərək, İranı tam məğlub etdikdən sonra boğazı ABŞ ərazisi elan edəcəyini bildirib.

ABŞ Prezidenti başqa bir paylaşımında da ölkəsinin Hörmüz boğazı üzərində “tam nəzarətə” sahib olduğunu və bu nəzarəti qoruyub saxlaya biləcəyini qeyd edib.

İranlı rəsmilər isə ABŞ-ın Hörmüz boğazına müdaxiləsi və dəniz blokadası sona çatmayana, həmçinin iyunun 17-də Tehran və Vaşinqton arasında əldə olunan razılaşmanın şərtləri yerinə yetirilməyənədək boğazın açılmayacağını bildirirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR