İran XİN: “Trampın Hörmüzlə bağlı yanlış təsəvvürünü düzəldəcəyik”

İran XİN: “Trampın Hörmüzlə bağlı yanlış təsəvvürünü düzəldəcəyik”
Kateqoriya məlum deyil
T

İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi kimi təqdim etməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Sfera.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “X” sosial şəbəkəsində yazıb.

Diplomat bildirib ki, Tehran Trampın Hörmüz boğazı ilə bağlı təsəvvürünü dəyişdirmək niyyətindədir.

“Yaxın zamanda onun Hörmüzlə bağlı yanlış təsəvvürü ya düzələcək, ya da biz illüziyalar içində yaşayan bu şəxsin yanlış təsəvvürlərini özümüz düzəldəcəyik”, – Qəribabadi qeyd edib.

İranlı diplomat eyni zamanda Trampın daha əvvəl Fars körfəzinin adının “Ərəb körfəzi” və ya “Ərəbistan körfəzi” olaraq dəyişdirilməsini təklif etdiyini xatırladıb. Qəribabadi bu dəfə ABŞ prezidentinin körfəzin adını “düzgün” yazdığını istehza ilə vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Hörmüz boğazının xəritəsini paylaşaraq ərazini “ABŞ-nin yeni ərazisi” adlandırıb.

ABŞ Prezidenti bundan əvvəl də Hörmüz boğazı ilə bağlı Vaşinqtonun iddialarını dəfələrlə səsləndirib. Tramp boğazın ABŞ ərazisi elan edilməsini “əla ideya” hesab etdiyini bildirib. Onun sözlərinə görə, mühüm dəniz marşrutu artıq faktiki olaraq Vaşinqtonun nəzarətindədir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR