Lavrovdan Yaponiyaya ittiham: “Tarixi məsuliyyətdən qaçmağa çalışırlar”

Lavrovdan Yaponiyaya ittiham: “Tarixi məsuliyyətdən qaçmağa çalışırlar”
Kateqoriya məlum deyil
T

Yaponiyanın İkinci Dünya müharibəsi zamanı törətdiklərinə görə tarixi məsuliyyətdən yayınmağa çalışması narahatlıq doğurur.

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Yaponiyanın Moskvadakı səfirinin Rusiya XİN-ə çağırılmasını şərh edərkən deyib.

Lavrovun sözlərinə görə, Yaponiya beynəlxalq hüququ öz maraqlarına və yaxın müttəfiqi olan ABŞ-ın maraqlarına uyğun dəyişdirməyə çalışırsa, həmçinin öz konstitusiyasını pozursa, bu, ciddi narahatlıq doğurur.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Yaponiya səfirinə Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən sonra Tokionun Moskvaya qarşı səsləndirdiyi bəyanatlarla əlaqədar etirazını bildirib.

Rusiya tərəfi Cənubi Kuril adaları üzərində suverenliyinin və yurisdiksiyasının dəyişməz olaraq qaldığını vurğulayıb.

Avqustun 17-də Lavrov Yaponiya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını, lakin onun nə avqustun 14-də, nə də 17-də görüşə gələ bildiyini bildirib.

Nazirin sözlərinə görə, Yaponiya tərəfi səfirin niyə görüşə gələ bilməyəcəyi ilə bağlı “çox aydın olmayan” izahat verib. Lavrov qeyd edib ki, Yaponiya səfiri yenə də Rusiya XİN-ə gəlməli və burada Tokionun Putinin İturupa səfəri ilə bağlı etirazı, eləcə də Rusiyada fəaliyyət göstərmə yanaşması barədə onunla danışılmalıdır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR