"Rusiya-Yaponiya münasibətlərində ən gərgin mərhələ geridə qalıb"

"Rusiya-Yaponiya münasibətlərində ən gərgin mərhələ geridə qalıb"
Kateqoriya məlum deyil
T

Rusiya ilə Yaponiya arasında münasibətlərin pisləşməsinin ən kəskin mərhələsi artıq geridə qalıb.

Sfera.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin Yaponiya iqtisadiyyatı və siyasəti qrupunun aparıcı elmi əməkdaşı Viktor Kuzminkov “Lenta.ru”ya açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin bundan daha da pisləşməsi ehtimalı azdır.

“Daha pis olmayacaq”, – deyə Kuzminkov vurğulayıb.

O, Rusiya ilə Yaponiya arasında münasibətlərin inkişafı üçün ən real ssenarinin uzunmüddətli və idarə olunan “dondurma” olduğunu bildirib. Ekspert iki ölkə arasında münasibətlərin tamamilə kəsiləcəyini gözləmir.

Kuzminkov hesab edir ki, yaranmış böhran yeni “soyuq norma”ya çevrilə bilər. Bu halda praktiki sahələrdə məhdud əməkdaşlıq davam etsə də, siyasi etimad və Kuril adaları məsələsi üzrə dialoq mümkün olmayacaq.

Qeyd edək ki, daha əvvəl Kuzminkov Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfəri ilə Sakit Okean Donanmasının hərbi təlimlərinin eyni vaxta təsadüf etməsini Yaponiya və ABŞ-a strateji siqnal kimi qiymətləndirib. Onun sözlərinə görə, bu addımların arxasında hərbi-siyasi məna dayanır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR