Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın hərbi ittifaqını alqışladı

Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın hərbi ittifaqını alqışladı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan birgə müdafiə sazişini alqışlayıb.

Sfera.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Çox şadam ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nəhayət Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar”, – deyə ABŞ lideri bildirib.

Tramp hesab edir ki, saziş Yaxın Şərq ölkələrinin bir araya gəldiyini və təhlükəsizliklərini daha effektiv şəkildə təmin etmək istədiklərini göstərir. O, üç ölkənin bu addımını “böyük, cəsarətli və mühüm ilk addım” adlandırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 7-də Məkkədə birgə müdafiə haqqında saziş imzalayıblar. Sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.

Razılaşma hərbi əməkdaşlığın, birgə təlimlərin, müdafiə sənayesi sahəsində əməkdaşlığın və siyasi-hərbi koordinasiyanın genişləndirilməsini nəzərdə tutur. Türkiyə sazişin gələcəkdə digər ölkələrin, o cümlədən Misirin iştirakı üçün açıq olduğunu bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR