Netanyahu Böyük Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Böyük Britaniyanı “İslam Respublikası” adlandırdı
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və ölkədə miqrasiya proseslərini kəskin tənqid edib.

Sfera.az xəbər verir ki, Netanyahu İsrail podkastlarından birinə müsahibəsində müasir Britaniyada İsrail tarixinin obyektiv və ya müsbət işıqlandırılmasının çətin olduğunu bildirib.

Baş nazir Avropadakı demoqrafik və siyasi dəyişikliklərə də toxunaraq Böyük Britaniyanı “İslam Respublikası” adlandırıb. O, həmçinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün İsrailin əlindən gələni etdiyini deyib.

Netanyahunun bu açıqlamaları London və Təl-Əviv arasında Qəzza müharibəsi, Britaniya hökumətinin İsrailin hərbi əməliyyatlarını tənqid etməsi və Fələstini tanımaq siyasəti fonunda səslənib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR