Siyavuş Novruzov Şərurda vətəndaş qəbulları keçirib - FOTO

Siyavuş Novruzov Şərurda vətəndaş qəbulları keçirib - FOTO
Kateqoriya məlum deyil
T

12-13 avqust 2026-cı il tarixlərində 2 saylı Şərur-Kəngərli seçki dairəsinin deputatı Siyavuş Novruzov Şərur rayonunda vətəndaşlarla görüşlər keçirib.

Sfera.az xəbər verir ki, qəbullar Yeni Azərbaycan Partiyasının Şərur Rayon Təşkilatının inzibati binasında, eləcə də Çərçiboğan, Xanlıqlar və Qışlaqabbas kəndləri üzrə nümayəndəliklərin inzibati binalarında təşkil olunub. Görüşlərdə YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev də iştirak edib.

Qəbullarda müharibə veteranları, qazilər, rayon ağsaqqalları və kənd sakinləri iştirak ediblər. Siyavuş Novruzov qazilərin qayğıları ilə maraqlanıb, vətəndaşların müraciətlərini dinləyib və onları narahat edən məsələlərlə tanış olub.

Müraciətlər əsasən sosial müdafiə və pensiya təminatı, məşğulluq, kənd təsərrüfatı, torpaq məsələləri, kənd yollarının bərpası, idman infrastrukturu və stadionların tikintisi, məscidlərin inşasına köməklik, subartezian quyularının qazılması, həmçinin yerli özünüidarəetmə və digər sosial-məişət məsələləri ilə bağlı olub.

Müraciətlərin bir hissəsi operativ şəkildə həll edilib, digər məsələlər aidiyyəti qurumlara göndərilib. Qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə vətəndaşlara izahat verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR