Lavrov: Vuçiç illərdir Aİ-nin güclü təzyiqi ilə üzləşir

Lavrov: Vuçiç illərdir Aİ-nin güclü təzyiqi ilə üzləşir
Kateqoriya məlum deyil
T

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Serbiya Prezidenti Aleksandr Vuçiç artıq bir neçə ildir Avropa İttifaqının (Aİ) ciddi təzyiqi ilə üzləşir.

Sfera.az Rusiya KİV-nə istindaən xəbər verir ki, Lavrov Vuçiçin bu təzyiqə uzun müddətdir cəsarətlə müqavimət göstərdiyini deyib.

“O, artıq bir ildən çoxdur ki, bu təzyiqə cəsarətlə tab gətirir. Biz Serbiyaya qazı çox sərfəli qiymətlərlə satırıq və Serbiyadan heç vaxt heç nə tələb etmirik. Yalnız bir məsələ bizim üçün qəbuledilməzdir: serb qardaşlarımızın Kiyev rejiminin silahlandırılmasında iştirak etməsi. Prezident Aleksandr Vuçiç belə addımları qadağan edən xüsusi qərar qəbul edib”, – deyə diplomat bildirib.

Lavrov həmçinin hesab edir ki, Vuçiçin Ukrayna Prezidenti Volodimir Zelenskini Serbiyada qəbul etməyə razılaşması Aİ-nin təzyiqini müəyyən qədər azaltmaq cəhdi ola bilər.

Qeyd edək ki, avqustun 8-də Zelenski Belqrada səfər edib və burada Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən qarşılanıb. Daha sonra siyasətçilər arasında təkbətək görüş və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçirilib. Görüşün yekununda Serbiya Prezidenti Ukraynanın “ərazi bütövlüyünü” dəstəklədiyini bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR