Ukraynanın ABŞ-dəki səfirliyinə heç kim getmək istəmir

Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişinanın vəzifədən azad edilməsindən sonra bu postu tutmaq istəyən şəxs tapılmır.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Nəşrin məlumatına görə, Ukrayna lideri Volodimir Zelenski uyğun namizəd tapa bilmədiyi üçün problemlə üzləşib. Mənbələr bildiriblər ki, Zelenski ABŞ Prezidenti Donald Trampın administrasiyasında Kiyevi təmsil etmək üçün kifayət qədər nüfuza malik diplomat axtarır. Lakin potensial namizədlər bu vəzifəni üzərinə götürmək istəmirlər.
Avqustun 3-də Zelenski Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişinanı vəzifəsindən azad edib. Daha sonra, avqustun 5-də Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu Stefanişinaya qarşı şübhə irəli sürüb. Buna səbəb onun qanunsuz varlanması ola bilər.
Avqustun 6-da isə Zelenski Ukraynanın Xorvatiya, Albaniya, Monteneqro və Pakistandakı səfirlərini vəzifələrindən azad edib.
İnci
Sfera.az






