Zelenski Trampın rəhbərliyi ilə yeni sülh planının hazırlandığını açıqladı

Zelenski Trampın rəhbərliyi ilə yeni sülh planının hazırlandığını açıqladı
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ukrayna böhranının sülh yolu ilə həlli üçün yeni təklifin hazırlandığını bildirib.

Sfera.az xəbər verir ki, o, bu barədə "CNN" telekanalına müsahibəsində danışıb. Jurnalist Zelenskidən yeni planın sıfırdan hazırlanıb-hazırlanmadığını, yoxsa əvvəlki sənədə müəyyən düzəlişlərin edildiyini soruşub.

“Detallara varmaq istəmirəm. Sülh planında ABŞ tərəfinin daha çox iştirakına ehtiyacımız var. Prezident Trampın komandasına bu prosesi davam etdirmək istədikləri üçün minnətdaram”, – deyə Zelenski bildirib.

Ukrayna lideri yeni təklifin hansı konkret dəyişiklikləri ehtiva etdiyini açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Vladimir Zelenski ABŞ administrasiyasından Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlər təqdim etməsini dəfələrlə xahiş etdiyini bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR