Zelenski Trampdan “Patriot” raketləri istəyib

Zelenski Trampdan “Patriot” raketləri istəyib
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan “Patriot” zenit-raket kompleksləri üçün raketlərlə bağlı yardım göstərməsini xahiş etdiyini bildirib.

Sfera.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb. Zelenski telefon zəngləri, mesajlar və müttəfiqlər vasitəsilə Ağ Evdən “Patriot” proqramı çərçivəsində yardımı artırmağı xahiş etdiyini deyib.

“Zənglər və mesajlar vasitəsilə, həmçinin müttəfiqlər üzərindən dolayı yolla Ağ Evdən “Patriot” proqramı çərçivəsində yardımı artırmağı xahiş etmişəm”, – deyə Zelenski bildirib.

Ukrayna lideri ölkəsində ehtiyac duyulan raketlərin cəmi 5 faizinin belə olmadığını etiraf edib və razılaşmanın əldə olunacağına ümid etdiyini söyləyib. O, həmçinin Trampın “Patriot” raketləri ilə bağlı yardım vədinə şübhə ilə yanaşdığını bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Zelenskidən Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna zərbələri dayandırmağı tələb edib. Onun sözlərinə görə, bu addım “Patriot” raketlərinin alınması üçün lisenziyaların əldə edilməsinə şərait yaratmaq məqsədi daşıyır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR