Türkiyə Ukrayna ilə bağlı mövqeyini dəyişmir – Politoloq

Türkiyə 2022-ci ildən etibarən NATO-dan və Kiyevə dəstək bəyanatlarına qoşulmaqdan asılı olmayaraq, Ukrayna ilə bağlı sülh təşəbbüslərini ardıcıl şəkildə dəstəkləyir.
Sfera.az bildirir ki, bu barədə türkiyəli politoloq, İstanbulda fəaliyyət göstərən “Ussal Consaltancy” şirkətinin aparıcı tədqiqatçısı Həsən Səlim Özertəm “Lenta.ru”ya müsahibəsində bildirib.
Ekspert Türkiyənin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini və bunun Ankaranın vasitəçilik roluna mane olmadığını vurğulayıb.
“Xarici işlər naziri Sergey Lavrov son müsahibəsində Türkiyəni dolayı yolla tənqid edərək, Ankaranın NATO sənədlərinə imza atdığını xatırladıb. Həmin sənədlərdə Kiyev rejiminin ərazi bütövlüyünün bərpasının zəruriliyindən bəhs olunur. Lakin Türkiyənin mövqeyi 2014-cü ildə münaqişə başlayandan bəri dəyişməz olaraq qalır və bu, onun vasitəçilik roluna mane olmur”, – deyə Özertəm bildirib.
Politoloq qeyd edib ki, Türkiyə 2022-ci ildə İstanbulda danışıqların təşkilində uğurlu rol oynayıb. Bundan başqa, Ankara taxıl tədarükü ilə bağlı razılaşmanın əldə olunmasına və hərbi əsirlərin mübadiləsinə də töhfə verib.
Xatırladaq ki, iyulun 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin sülh təşəbbüsləri ilə çıxış etdiyini, eyni zamanda bu ilin iyulunda keçirilən NATO sammitinin Ukraynanın “ərazi bütövlüyünə” sadiqliyin ifadə olunduğu bəyannaməsini imzaladığını bildirib. Diplomat ABŞ-nin da oxşar ikili mövqe nümayiş etdirməsindən təəssüfləndiyini vurğulayıb.
İnci
Sfera.az






