Ərdoğan: Region ölkələrini Məkkə razılaşması çərçivəsində birləşdirmək istəyirik

Ərdoğan: Region ölkələrini Məkkə razılaşması çərçivəsində birləşdirmək istəyirik
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan region ölkələrinin gələcəkdə Məkkə razılaşması çərçivəsində birləşdirilməsini istədiklərini açıqlayıb.


Sfera.az xəbər verir ki, Ərdoğanun sözlərinə görə, bu təşəbbüs hər hansı ölkəyə qarşı yönəlməyib. Onun əsas məqsədi regionda sülh və sabitliyin təmin edilməsi, xalqların rifahının yüksəldilməsidir.


“Biz regionumuzda sabitliyə töhfə vermək üçün tarixi məsuliyyət götürmüşük. Razılaşmanın əsas məqsədi çəkindirmə gücünü artırmaqdır. Bu, bütün qardaş xalqlar üçün açıqdır”, – deyə Ərdoğan bildirib.


Türkiyə Prezidenti vurğulayıb ki, əsas hədəf imkan daxilində regionun bütün ölkələrini bu razılaşma çərçivəsində bir araya gətirməkdir.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR