İranın ali lideri ictimaiyyətdən buna görə qaçır

İranın ali lideri ictimaiyyətdən buna görə qaçır
Kateqoriya məlum deyil
T

İranın ali lideri Müctəba Xameneinin son vaxtlar ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlanıb.

Sfera.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi bunu ABŞ-nin mümkün təhdidləri fonunda təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

Nəqdi "PBS" telekanalına müsahibəsində jurnalistin Müctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin təhlükəsizliklə bağlı olub-olmaması barədə sualını cavablandırarkən “Təbii ki, bu, təhlükəsizlik məsələsi ilə bağlıdır” deyib.

SEPAH rəsmisinin sözlərinə görə, İranın ali lideri bu strategiyanı ABŞ-nin “heç bir qanuna əməl etməyən cinayətkarlar” olduğu düşüncəsindən çıxış edərək seçib.

Bununla belə, Nəqdi jurnalistin onun Müctəba Xameneini şəxsən görüb-görmədiyi barədə sualını cavabsız qoyub.

Qeyd edək ki, bundan əvvəl İranda Müctəba Xameneinin ölkənin ali lideri vəzifəsinə təyin olunmasından sonra ilk dəfə görüntüləri yayımlanmışdı. Mənbələrin bildirdiyinə görə, həmin video onun ali dövlət vəzifəsinə başlamasından əvvəl çəkilib.

Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısında görünməməsi onun təhlükəsizliyi ilə bağlı müxtəlif iddialara səbəb olub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR