ABŞ rəsmiləri etiraf etdi: İranın cavab zərbəsi Vaşinqtonu narahat edir

ABŞ rəsmiləri etiraf etdi: İranın cavab zərbəsi Vaşinqtonu narahat edir
Kateqoriya məlum deyil
T

ABŞ rəsmiləri İranın mümkün hücumu zamanı Yaxın Şərqdəki Amerika hərbi bazalarını və müttəfiqlərin obyektlərini qorumaq imkanlarından narahatdır.

Sfera.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı növbəti genişmiqyaslı zərbə endirilməsi barədə göstəriş verərsə, amerikalı rəsmilər bölgədəki ABŞ və müttəfiq hərbi bazalarının mümkün cavab hücumlarından qorunacağına əmin deyillər.

“ABŞ rəsmiləri öz bazalarını və ya bölgədəki müttəfiq bazalarını cavab tədbirlərindən qorumaq imkanlarına əmin deyillər”, – məqalədə qeyd olunub.

Nəşrdə İranın artıq ABŞ qüvvələrinə zərbələr endirmək imkanını nümayiş etdirdiyi vurğulanıb. Buna nümunə kimi İrana məxsus raketin İordaniyadakı hərbi bazanın hava hücumundan müdafiə sistemini keçməsi göstərilib. Raketin ABŞ hərbçilərinin yerləşdiyi kazarmada partladığı bildirilib.

Bu hadisə Vaşinqtonda İranın ABŞ-ni Yaxın Şərqdəki hərbi obyektlərinə qarşı potensial cavab imkanları ilə bağlı narahatlıqları artırıb.

Bundan əvvəl Donald Tramp İranla aparılan danışıqlar barədə danışaraq vəziyyətin yaxşı getdiyini bildirib.

“İranla hər şey yaxşı gedir, sadəcə möhtəşəm. Biz Hörmüz boğazına tam nəzarət edirik”, – ABŞ Prezidenti deyib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR