Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi
Kateqoriya məlum deyil
T

Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın.

Sfera.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov özünün Feysbuk səhifəsində yazıb.

“Birinin oğlu Moskva ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Çeçenistan rəhbəri Ramzan Kadırova dair lağlağı şəkil tapıblar.

Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər”, - o qeyd edib.

Hüquqşünas saytımıza açıqlamasında bildirib ki, bəzi araşdırmalarla bağlı ad-soyad və digər detalları açıqlamaq istəmir./axar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR