azərbaycanlı
Məşhur türk müğənnisi azərbaycanlı xanımla nişanlandı
Türkiyəli müğənni Rafet El Roman özündən 26 yaş kiçik azərbaycanlı tibb bacısı Rahime Hacıyeva ilə nişanlandığını açıqlayıb. Sfera.az xəbər verir ki, 58 yaşlı sənətçi üç ay əvvəl nişanlandıqlarını və yaxın vaxtlarda evlənməyi planlaşdırdıqlarını bildirib. Şəxsi həyatı ilə tez-tez gündəmə gələn müğənni evlilik müqaviləsi bağlamaq niyyətində olmadığını da deyib. “Razılığa gəldik, yaxın vaxtlarda toyumuz olacaq. Evlilik müqaviləsi bağlamayacağam. Azərbaycanın şahzadəsi Türkiyəyə gəlir. Əmlakımı
Maqazin27.10.2026 15:24
Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi
Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 000 rubl (79 manatı) dövlət rüsumu ödəyib. Sfera.az bildirir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Vəsait təşkilatın sənətçiyə qarşı iddia qaldırmasından iki ay sonra köçürülüb. Xatərladaq ki, Nəvai mayın 5-də Zubovski bulvarında dövlət nömrə nişanı olmayan qara "Ferrari" ilə qəzaya düşüb.
Cəmiyyət08.09.2026 22:10
12 yaşlı azərbaycanlı qəzada öldü
Ötən gecə Gürcüstanda baş vermiş yol qəzasında azərbaycanlı yeniyetmə vəfat edib. Sfera.az xəbər verir ki, hadisə Tbilisi şəhəri yaxınlığındakı Soğanlıq kəndində baş verib. Qəza nəticəsində 12 yaşlı Tapdıq Nuqzar oğlu Qəhrəmanov aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı yerli polis orqanı tərəfindən araşdırma aparılır. /Qafqazinfo/
Cəmiyyət12.08.2026 14:55
Türkiyədə meyiti tapılan azərbaycanlı iş adamının FOTOSU
Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb. Sfera.az bildirir ki, tapılan meyit 1977-ci il təvəllüdlü Rövşən Zeynalova aiddir. Onun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək. Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub. Digər əldə etdiyimiz məlumata görə, azərbaycanlı iş adamı "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin
Kriminal12.08.2026 00:30
Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi
Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın. Sfera.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov özünün Feysbuk səhifəsində yazıb. “Birinin oğlu Moskva ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Çeçenistan rəhbəri Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər”, - o qeyd edib. Hüquqşünas saytımıza açıqlamasında bildirib ki, bəzi araşdırmalarla bağlı
Siyasət11.08.2026 16:41
Azərbaycanlı sürücülər Gürcüstanla sərhəddə qalıblar - Araşdırma aparılır
Gürcüstan Gəlirlər Xidməti Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin gömrük-keçid məntəqələrində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Sfera.az xəbər verir ki, qurumdan verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın aparıldığı qeyd olunub. "Bütün sərhəd-keçid məntəqələri istiqamətində yüklərin hərəkəti maneəsiz həyata keçirilir və qeyd olunan məsələ araşdırılır", - deyə Gəlirlər Xidmətinin açıqlamasında bildirilir. Qeyd edək ki, Gürcüstan ərazisindən
Gündəm06.08.2026 17:23
Gürcüstanda azərbaycanlı güllələndi
Gürcüstanda azərbaycanlı güllələnib. Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Marneulinin Candar kəndində qeydə alınıb. 31 yaşlı Rahib Abdullayev tapançadan açılan atəşlə ağır xəsarət alıb. Bildirilib ki, ona 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent
Kriminal27.07.2026 14:22







