Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfər edib

Kateqoriya məlum deyil
T
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfərə edib.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Yohannesburq Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulub.






