Zelenski: Putin 500 min nəfəri səfərbər etməyi planlaşdırır

Rusiya Prezidenti Volodimir Putin sentyabrın 21-də keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra 300-500 min nəfərin səfərbər edilməsini planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
"Putin bu müharibəni dayandırmağa hazır deyil. O, bunu sentyabrın 21-də Dövlət Dumasına seçkilər başa çatdıqdan sonra etmək və 300-500 min nəfəri səfərbər etmək niyyətindədir", – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya əhalisinin əhəmiyyətli hissəsi müharibəyə qarşı olsa da, buna baxmayaraq Putini dəstəkləyir.
Zelenski qeyd edib ki, belə böyük sayda insanı qısa müddətdə hərbi hazırlıqdan keçirmək mümkün deyil. Onun fikrincə, bu səbəbdən səfərbər olunacaq şəxslərin əhəmiyyətli hissəsi kifayət qədər hazırlıq keçmədən döyüş bölgəsinə göndərilə bilər.
Firuzə Əliyeva






