Putin İlham Əliyevə zəng etdi

Putin İlham Əliyevə zəng etdi
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Kremlin rəsmi saytında yayılan məlumata görə, liderlər ikitərəfli münasibətlərin və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.

Bildirilib ki, Putin və Əliyev Rusiya-Azərbaycan əlaqələrinin konstruktiv xarakter daşıdığını qeyd edib, hökumətlər və aidiyyəti qurumlar səviyyəsində dialoqun intensivləşdiyini vurğulayıblar.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ortaq mövqeyə malik olduqlarını təsdiqləyiblər.

Əzizə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR