Ağ Ev: Hərbi əməliyyat son variantdır

Ağ Ev: Hərbi əməliyyat son variantdır
Kateqoriya məlum deyil
T

ABŞ-nin İrana iqtisadi təzyiqi Tehrana mümkün genişmiqyaslı hərbi əməliyyatdan daha böyük zərər vura bilər.

Sfera.az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının məlumatları və açıq mənbələr İranda iqtisadi vəziyyətin pisləşməkdə davam etdiyini göstərir. Bildirilir ki, dünyanın ən böyük neft istehsalçılarından biri olmasına baxmayaraq, ölkədə benzin qıtlığı müşahidə olunur.

"İranlılar bombardmanların dayanmasını istəyirlər və onlara pul lazımdır. Amma hazırkı vəziyyətdə prioritet əksinədir. İlk növbədə onların pula ehtiyacı var", – deyə Ağ Evin nümayəndəsi bildirib.

Digər amerikalı rəsmi isə etiraf edib ki, sanksiyalar və mümkün dəniz blokadasının Tehranı danışıqlar masasına gətirməsi genişmiqyaslı hərbi əməliyyatdan daha çox vaxt tələb edəcək.

"Prezidentin uduzmayan variantı var. ABŞ zərurət yaranarsa, bütün hərbi gücünü işə sala, eyni zamanda İranı iflic edəcək iqtisadi sanksiyalar tətbiq edə bilər", – deyə başqa bir ABŞ rəsmisi vurğulayıb.

Bununla yanaşı, qeyd olunub ki, münaqişənin uzanması yanacaq qiymətlərinin bahalaşmasına səbəb ola və seçicilərin narazılığını artıraraq respublikaçılar üçün siyasi riskləri yüksəldə bilər.

Xatırladaq ki, Donald Tramp daha əvvəl İranla danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə ABŞ-nin "çox qətiyyətli hərbi addımlar"a qayıtmağa hazır olacağını bəyan etmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR