Netanyahu Trampla görüşdə İran məsələsini ön plana çıxaracaq

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdə gündəmdə olan bütün məsələləri, ilk növbədə isə İranla bağlı mövzuları müzakirə edəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Netanyahu bu barədə təyyarəyə minməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Donald Tramp ilə görüşmək üçün Vaşinqtona yola düşürəm. Onun ikinci prezidentlik müddəti başlayandan bəri bu, bizim səkkizinci görüşümüz olacaq. Baş nazir kimi təcrübəm göstərir ki, belə mürəkkəb dövrlərdə böyük qətiyyət və müdrikliklə hərəkət etmək lazımdır. Gündəmdəki bütün məsələləri, ilk növbədə isə İranı müzakirə edəcəyik", – deyə Netanyahu vurğulayıb.
Baş nazirin çıxışının videosu İsrail hökumətinin mətbuat xidməti tərəfindən yayımlanıb.
İnci
Sfera.az






