Qərb İrana və Rusiyaya qarşı kibertəxribatları artırır – İran səfiri

Qərb İrana və Rusiyaya qarşı kibertəxribatları artırır – İran səfiri
Kateqoriya məlum deyil
T

Qərb İran və Rusiyaya qarşı açıq qarşıdurmada istədiyi nəticəni əldə edə bilmədiyi üçün getdikcə daha çox kibertəxribatlara, saxta məlumatların yayılmasına və ictimai rəyin manipulyasiyasına əl atır.

Sfera.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskvada keçirilən Positive Hack Camp təhsil proqramının açılışında deyib.

Diplomatın sözlərinə görə, hərbi və ya iqtisadi hücumlarla məqsədlərinə çata bilməyən qüvvələr indi kiberməkan və psixoloji əməliyyatlardan istifadə edirlər.

"Təmiz hərbi və ya iqtisadi hücumlarla uğur qazana bilməyən düşmənlər kiberalətlərə və psixoloji əməliyyatlara üz tuturlar", – deyə Cəlali bildirib.

Səfir vurğulayıb ki, hibrid və informasiya müharibəsinə qarşı mübarizə aparmaq üçün yalnız texniki biliklər kifayət deyil. Onun fikrincə, bunun üçün vətəndaş məsuliyyəti və bu cür təhdidlərlə üzləşən ölkələr arasında vahid yanaşma da vacibdir.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Qərbi Ukrayna Prezidenti Volodimir Zelenskiyə daha ciddi nəzarət etməyə çağırmışdı. O, Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunun BMT Nizamnaməsinə zidd olduğunu və bunun "cavab tədbirlərinə səbəb olacaq təhlükəli avantüra" olduğunu bildirmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR