İrandan ABŞ-yə yeni hədə

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqir Zülqədir ABŞ hədəflərinə qarşı həyata keçirilən hücumların müəyyən olunan məqsədlərə çatana qədər davam etdiriləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Məhəmməd Baqir Zülqədir yaydığı yazılı bəyanatda son dövrdə ABŞ-yə məxsus hədəflərə qarşı təşkil olunan əməliyyatlarla bağlı danışıb. O bildirib ki, hücumlar qətiyyətlə davam etdiriləcək və bunun konkret məqsədi var.
İranlı rəsmi bildirib ki, “dəqiq hədəfə yönəlmiş zərbələr Minab və Lamerd şəhərlərində həyatını itirən günahsız uşaqların qanının qisası alınana və düşmən təslim olana qədər davam edəcək”.
Bəyanatda ABŞ-nin bölgədəki hərbi və təhlükəsizlik obyektlərinə də işarə olunub. Zülqədir iddia edib ki, bölgədə görünən hər partlayış və yüksələn tüstü ABŞ-yə məxsus hərbi, təhlükəsizlik və ya maliyyə mərkəzlərinin hədəfə alındığını göstərir.
İran rəsmisinin bu açıqlaması Yaxın Şərqdə son günlər artan hərbi gərginlik və qarşılıqlı bəyanatlar fonunda vəziyyətin daha da kəskinləşdiyini göstərir.
Mənsumə






