Tramp İrana qarşı hərbi əməliyyatla bağlı iclas keçirəcək

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda İrana qarşı hərbi əməliyyatla bağlı yeni bir iclas keçirəcək.
Sfera.az xəbər verir ki, o, bu barədə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində keçirilən tədbirdə bildirib.
"Nəhayət, demək istəyirəm ki, burada olmaq mənim üçün şərəf idi. İndi müxtəlif mövzular haqqında danışmaq üçün Ağ Evə gedirəm. Biri İran müharibəsidir", - deyə Amerika lideri bildirib.
Tramp deyib ki, İranın dronları 84%, raketləri isə 91% məhv edilib: "Onların heç nəyi yoxdur. Onlar sadəcə şərdirlər, ağıllıdırlar və hələ də müəyyən potensiala malikdirlər. Amma inanın mənə, dörd ay əvvəl onlar daha güclü idilər"./teleqraf
