Zelenski ABŞ-yə gedəcək

Zelenski ABŞ-yə gedəcək
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində onun ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və sahibkar Cared Kuşnerlə görüşü gözlənilir.


Sfera.az xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında görüşün yaxın bir neçə gün və ya bir həftə ərzində ABŞ-də keçiriləcəyini bildirib.


“Bizə dəvət göndərilib. Düşünürəm ki, görüş yaxın bir neçə gün və ya bir həftə ərzində baş tutacaq”, – deyə Ukrayna lideri vurğulayıb.


Zelenskinin sözlərinə görə, çərşənbə günü Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı zamanı Ukrayna ilə ABŞ nümayəndələri müharibənin başa çatdırılması ilə bağlı Vaşinqtonun müxtəlif təkliflərini müzakirə ediblər.


Ukrayna Prezidenti səfər çərçivəsində ABŞ-nin müdafiə sənayesi şirkəti Lockheed Martinin nümayəndələri ilə də görüşməyi planlaşdırdığını bildirib. O qeyd edib ki, görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı məsələlərinin müzakirə olunması nəzərdə tutulur.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ