Çin və ABŞ 30 milyard dollarlıq qərar üzərində işləyir

Çin və ABŞ 30 milyard dollarlıq qərar üzərində işləyir
Kateqoriya məlum deyil
T

Çin və ABŞ-nin danışıqlar qrupları təxminən 30 milyard dollar dəyərində mallara qarşı qarşılıqlı tariflərin qaldırılması ilə bağlı məsələlər üzərində işləyirlər.

Sfera.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin Xarici İnvestisiyaların İdarə Edilməsi Departamentinin rəhbəri Menq Huatinq bildirib.

“ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı iki dövlətin liderləri Çin və ABŞ arasında konstruktiv münasibətlərin strateji sabitliyin yeni konsepsiyasını müəyyən etdilər. İki ölkənin ticarət-iqtisadi nümayəndə heyətləri konkret məsələlər üzrə sıx əməkdaşlıq edir və 30 milyard dollar dəyərində mallara qarşı tariflərin qarşılıqlı şəkildə azaldılması üçün çərçivə şərtlərini müzakirə edirlər”, – o, mətbuat konfransında bildirib.

Rəsmi şəxsin dəqiqləşdirdiyi kimi, Çin hakimiyyəti tariflərin azaldılması tədbirləri ilə bağlı təklifləri müzakirə etmək üçün maraqlı tərəflərlə - yerli müəssisələrlə, regional hakimiyyət orqanları və profil birlikləri ilə əlaqə saxlayır.


Pekin və Vaşinqton Ağ Evin proteksionist tədbirləri ilə əlaqədar yaranan qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması ilə bağlı məsləhətləşmələr aparır. Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, yanvar-iyun aylarında Çin-ABŞ ticarət dövriyyəsi 289 milyard dolları keçib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə az dəyişib.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ