Rubio Lavrovla görüşündən danışdı

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Filippinin paytaxtı Manila şəhərində keçirdiyi görüşdən sonra açıqlamalar verib.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, danışıqlarda təkcə Ukraynadakı vəziyyət deyil, digər beynəlxalq məsələlər də müzakirə olunub. ABŞ dövlət katibi bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli prosesində konstruktiv rol oynamağa hazırdır.
“Biz münaqişənin başa çatdırılması istiqamətində konstruktiv rol oynamağa hazırıq və bunu etmək niyyətindəyik. Lakin Ukrayna böhranının həlli üçün yeni ideyalara və təkliflərə ehtiyac var”, - deyə Rubio vurğulayıb.
Marko Rubio mətbuat konfransında İranla bağlı da diqqətçəkən iddialar səsləndirib. O bildirib ki, Tehran administrasiyası ABŞ ilə danışıqlara başlamaq istəyir. “İran bizə birbaşa və ya dolayı yolla “Gəlin razılığa gələk, danışaq” mesajı göndərir. Onlar demək olar ki, hər gün bunu edirlər”, - deyə ABŞ dövlət katibi bildirib.
Bəsti Rəfizadə
