Husilər Səudiyyə Ərəbistanının gəmisini hədəf aldı

Husilər Səudiyyə Ərəbistanının gəmisini hədəf aldı
Kateqoriya məlum deyil
T

İran ilə ABŞ arasında qarşılıqlı hərbi hücumlar davam edərkən, münaqişə Qırmızı dənizə də yayılıb. Yəməndə fəaliyyət göstərən husilər bölgədə hücum təşkil edərək müharibəyə birbaşa qoşulduqlarını nümayiş etdiriblər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini açıqlayıblar. Bundan sonra onlar Qırmızı dənizdə üzən ENCELIA adlı Səudiyyə Ərəbistanına məxsus gəmiyə raket və pilotsuz uçuş aparatları ilə hücum ediblər. Məlumata görə, hücum nəticəsində gəmidə güclü yanğın baş verib.

Hadisədən sonra alovun gəminin bir hissəsini bürüdüyü, ekipajın vəziyyəti ilə bağlı isə hələlik rəsmi məlumat verilmədiyi bildirilib. Husilər hücumun Səudiyyə Ərəbistanına qarşı elan etdikləri dəniz blokadasının tərkib hissəsi olduğunu bəyan ediblər. Hadisə bölgədə onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ