Logo

İordaniyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi

İordaniyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İordaniyanın İrandakı səfiri Əşrəf Xasavneh ölkəsinin diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Sfera.az xəbər verir ki, səfir bu barədə report.az-a açıqlamasında bildirib.

"Azərbaycanı sevirəm. Bizim təxliyəmiz üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişim turist kimi olar", - səfir deyib.

Qeyd edək ki, İordaniyanın 4 nəfər diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunub. Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR