Azərbaycan Ermənistandakı sammitdə iştirak etməyəcək

Azərbaycan Ermənistandakı sammitdə iştirak etməyəcək
Kateqoriya məlum deyil
T

Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

 

"Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb", - nazir bildirib.

PAYLAŞ