Elektron siqaretlər doğrudanmı zərərsizdir? - RƏY

Elektron siqaretlər doğrudanmı zərərsizdir? - RƏY
Kateqoriya məlum deyil
T

 

Son illər gənclər arasında sürətlə yayılan elektron siqaretlər ciddi narahatlıq doğurur.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Yaşıl Aypara Elmi Şurasının üzvü dosent dr. Həsən Volkan Kara mövzu ilə bağlı xəbərdarlıq edərək bildirib ki, tütün sənayesi gizli reklamlar, sosial media platformaları və həmyaşıd təsiri vasitəsilə bu məhsulları normallaşdıraraq xüsusilə yeniyetmələri hədəf alıb.

 

Mütəxəssisin sözlərinə görə, elektron siqaretlər xüsusi mayenin batareya vasitəsilə qızdırılıb buxara çevrilməsi prinsipi ilə işləyir. Bu mayelərin tərkibində nikotinlə yanaşı polisiklik karbonlar və uçucu metallar kimi zərərli maddələr mövcuddur.

 

Qeyd olunub ki, həmin maddələr xüsusilə yeniyetmələrin beyin inkişafına mənfi təsir göstərərək erkən yaşda asılılıq yaradır.

 

Dr. Kara vurğulayıb ki, elektron siqaretlərdə minlərlə fərqli dad seçiminin təqdim olunması təsadüfi deyil. Onun fikrincə, bu strategiya birbaşa gəncləri cəlb etməyə hesablanıb. O bildirib ki, elektron siqaretlə başlayan nikotin asılılığı sonradan ənənəvi siqaret istifadəsinə keçid riskini artırır.

 

Mütəxəssis həmçinin bəzi məhsullarda tetrahidrokannabinol (THC), propilen glikol və E vitamini asetat kimi maddələrin də aşkarlandığını deyib. Onun sözlərinə görə, bu maddələrin ağciyərlərə çəkilməsi ciddi tənəffüs çatışmazlığına, hətta ölüm hallarına səbəb ola bilər. “Elektron siqaretlər gənclərə qarşı böyük bir hücumdur. Səhiyyə işçiləri tərəfindən tövsiyə olunmayan bu məhsullardan uzaq durmaq lazımdır”, – deyə Dr. Kara bildirib.

 

Mənsumə

Sfera.az

PAYLAŞ