Putin gecəyarısı cəbhə komanda məntəqəsinə getdi

Putin gecəyarısı cəbhə komanda məntəqəsinə getdi
Kateqoriya məlum deyil
T

Noyabrın 30-da axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin Hava Hücumundan Müdafiə Qoşunlarının komanda məntəqəsinə səfər edib.

 

Sfera.az bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, səfərin məqsədi cəbhədəki operativ vəziyyətlə bağlı birbaşa məlumat almaq olub.

 

Peskov qeyd edib ki, Putin burada hərbi komandanlıqdan geniş məruzələri dinləyib, həm mövcud əməliyyatların gedişi, həm də yaxın perspektiv üçün planlaşdırılan addımlar barədə məlumatlandırılıb.

 

Onun sözlərinə görə, görüş zamanı dövlət başçısına xüsusilə iki istiqamət barədə hesabat verilib və bu yaşayış məntəqələrinin Rusiya qüvvələrinin nəzarətinə keçməsi barədə məlumat çatdırılıb.

PAYLAŞ