Makron Zelenski ilə görüşdən sonra Trampa zəng etdi

Kateqoriya məlum deyil
T
Fransa Prezidenti Emmanuel Makron Parisdə Volodimir Zelenski ilə görüşdən sonra ABŞ Prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
Sfera.az xəbər verir ki, bu barədə Yelisey Sarayının məlumatında qeyd olunur.
"Liderlər Ukraynada uzun və sabit sülhün şərtləri və ABŞ-nin vasitəçilik səylərində növbəti addımlar barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilir.
