"Bu, Rusiya-Ukrayna müharibəsinin sonunu gətirəcək" - ŞƏRH

Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan intensiv diplomatik danışıqlar son günlər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında vasitəçilərin iştirakı ilə keçirilən görüşlər münaqişənin gələcək taleyi baxımından həlledici mərhələyə daxil olunduğunu göstərir.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqları nəzərə alaraq ehtimala etmək olarmı ki, müharibə sona yaxınlaşır?
Sfera.az-a bununla bağlı açıqlama verən siyasi şərhçi Tural İrfan Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün ciddi addımların atılmasının vacib olduğunu bildirib.

O, Qərbin bundan əvvəl fərqi mövqe sərgilədiyinə diqqət çəkib. T.İrfan Rusiyanın əsas güc faktoru olduğunu vurğulayaraq müttəfiq dəstəyinə işarə edib:
"Avropa əsasən müharibə vasitəsi ilə Rusiyanı mümkün qədər zəiflətmək istədi. Lakin gedişat göstərdi ki, Rusiya da İran, Çin, Şimali Koreya, Hindistan kimi müttəfiqlərinin dəstəyi ilə Qərbin qarşısında duruş gətirdi və ehtimal edilənin əksinə olaraq Ukraynanın bir çox ərazilərini işğal etdi. Bayden dövründə Ukraynaya sadəcə silah verməklə yetinən ABŞ-nin artıq Tramp zamanında siyasi, diplomatik səylər göstərir. Çünki müharibəni Ukrayna müəyyən qədər üstünlük əldə etmək həddinə qədər inkişaf etdirmək daha böyük dağıntı və təhlükələrə apara bilər. Bunu anlayan ABŞ-nin sülh planı çərçivəsində problemi nisbi də olsa həll etmək əzmi var”.
T.İrfan hazırda bununla bağlı intensiv danışıqlar aparıldığını əlavə edib:
“Əsas təşəbbüsü ABŞ-nin üzərinə götürməsi müharibənin durmasına səbəb olacaq. Rusiya da bilir ki, hazırki sülh planından tam imtina Qərb koalisiyasının yaranmasına, NATO-nun hərəkətinə qədər irəliləyə bilər. Odur ki, bu son təklifi qəbul etməyə bilməz. İlinin sonuna qədər nəzərəçarpan dərəcədə irəliləyiş gözlənilir. Atəşkəs və sülh prosesinə nail olmaq üçün ABŞ ilə yanaşı Türkiyənin də səyləri böyükdür. Əgər Rusiya tərəfi müxtəlif şərtlər irəli sürməsə və işğal etdiyi torpaqlarla bağlı sonrakı mərhələdə razılığa gəlinsə ilin sonuna qədər müharibənin bitməsini gözləmək olar”.
Fidan Hacızadə
Sfera.az
