Ərdoğan İrana səfər edəcək

Kateqoriya məlum deyil
T
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri üçün koordinasiya işləri davam edir.
Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, səfər prinsip etibarilə razılaşdırılıb və tərəflər hazırda uyğun tarixin seçilməsi üçün danışıqlar aparırlar.
Bəqai qeyd edib ki, səfərin dəqiq tarixi tezliklə diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.\oxu.az
