Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Ceyhun Bayramov Roma Papası ilə görüşdü
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə XİN başçısı X hesabında yazıb.

 

O qeyd edib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur:

 

"Papa XIV Leo ilə ümumi audensiyada iştirak etdim və onunla görüşməkdən şərəf duydum.

 

Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR