Azərbaycanda AES tikilə bilər? - RƏY

Azərbaycanda AES tikilə bilər? - RƏY
Kateqoriya məlum deyil
T

 

Son illər ərzində qlobal enerji gündəmində mühüm dəyişikliklər müşahidə olunur. Dünyanın müxtəlif regionlarında enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar artdığı üçün alternativ və daha stabil enerji mənbələrinə maraq güclənib.

 

Bu fonda atom elektrik stansiyalarına (AES) olan tələb yenidən yüksəlir. Bir çox ölkələr yeni stansiyaların inşasını nəzərdə tutan layihələrə start verir, eyni zamanda illər öncə fəaliyyətini dayandırmış köhnə stansiyalar modernləşdirilərək yenidən istifadəyə qaytarılır.

 

Mütəxəssislərin fikrincə, bu tendensiyanın arxasında həm geosiyasi gərginliklər, həm də enerji bazarlarında qeyri-sabitlik dayanır. Rusiyanın Avropaya qaz tədarükünü məhdudlaşdırması, Yaxın Şərqdə davam edən risklər və iri dövlətlər arasındakı güc balansının dəyişməsi ölkələri daha dayanıqlı enerji mənbələrinə yönəldir. Buna görə də AES-lərin həm enerji təminatı, həm də strateji güc baxımından əhəmiyyəti yenidən gündəmə gəlib.

 

Maraqlıdır, atom elektrik stansiyalarına tələbin artması nə ilə bağlıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, artıq yeni atom bombalarına, atom ölkələrinə ehtiyac var. Onun sözlərinə görə, hamı öz müdafiəsi və təhlükəsizliyindən qorxur:

 

 

“Ukraynanın başına gələnlərdən sonra 2 atom bombasına malik olan ölkələr – ABŞ ilə Rusiya Ukraynanın xəbəri olmadan onun gələcək taleyini 28 bənddə həll edirlər. Bu səbəbdən digər ölkələr AES olmasını istəyərlər. Gələcəkdə AES olması atom bombasına malik olmaq deməkdir. Atom bombası olan ölkələr dünyanın təhlükəsizliyini qoruya bilmirlər. Ukrayna da buna nümunədir. Türkiyədə də AES tikdirilir”.

 

Politoloq bu xüsusda Azərbaycan məsələsinə toxunub:

 

“Bizim ölkə təhlükəsizliyimizə qarşı ciddi problemlər olsa, bu barədə düşünə bilərik. Lakin bunun üçün daxildən ölkə möhkəm olmalıdır. Dövlət öz xalqına arxayın olmalıdır. Belə bir birlikdə hansısa böyük addımlar atmaq, dünyanı qarşına almaq olar. Xalq ideoloji olanda bütün çətinliklərə dözür. Biz bunu İran, Şimali Koreya, Venesuala, Ukrayna və müəyyən mənada Rusiya nümunəsində görürük. Sadəcə “biz də AES tikək” deməklə olmur”.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR