Logo

"Bayden administrasiyasından zəng edib bizi söyürdülər" - Zukerberq

"Bayden administrasiyasından zəng edib bizi söyürdülər" - Zukerberq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bayden koronavirusla bağlı məlumatları sildirmək istəyib.

Sfera.az bildirir ki, bunu "Meta" şirkətinin baş direktoru Mark Zukerberq deyib. O bu barədə amerikalı komediyaçı və teleaparıcı Co Roqan ilə podkastda danışıb.

Zukerberq qeyd edib ki, Bayden administrasiyasının nümayəndələri "Meta" ilə əlaqə saxlayıb və onlardan şirkətin platformalarında yerləşdirilən koronavirus (COVID-19) pandemiyası ilə bağlı məlumatların çıxarılmasını tələb ediblər.

Markın sözlərinə görə, bütün bunlar kobud şəkildə baş verib: “Adətən Bayden administrasiyasından olan insanlar komandamıza zəng edib qışqırmağa və söyüş söyməyə başlayırdılar. Biz isə, “Xeyr, biz doğru olanları silməyəcəyik”, - onlara bildirirdik”.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR