Logo

Əsəd Məcid Xan İlham Əliyevə başsağlığı verib

Əsəd Məcid Xan İlham Əliyevə başsağlığı verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Sfera.az bildirir ki, mətndə deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə xəbər bizi olduqca kədərləndirdi.

İqtisadi Əməkdaşlıq Təşkilatı adından Zati-alinizə, həlak olanların ailələrinə və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

İqtisadi Əməkdaşlıq Təşkilatı bu kədərli vaxtda Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR