İlham Əliyev Əli Əsədovla bağlı sərəncam imzaladı
Kateqoriya məlum deyil
Əli Əsədov "Şərəf" ordeni ilə təltif edilib.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilib.
Qeyd edək ki, o, 2019-cu il 8 oktyabr tarixindən Azərbaycan Respublikasının Baş naziridir. 2026-cı il noyabrın 30-da Əli Əsədovun 70 illik yubileyidir.






