Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalandı - FOTO

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalandı - FOTO

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti arasında görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçiriləcək layihələr barədə müzakirə aparıblar.

 

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət səviyyəsində yüksəksəviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və “Zamin” Fondunun verəcəyi töhfə diqqət mərkəzində olub.


Qeyd edək ki, “Zamin” Fondu Özbəkistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsi, ətraf mühit və sosial sahədə layihələr həyata keçirir. Görüşdə təhsil, səhiyyə və mədəniyyət sahəsində gələcək birgə fəaliyyət nəzərdən keçirilib, eləcə də iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.

 

Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində “Zamin” Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.

 


OXŞAR XƏBƏRLƏR

Von der Leyen Kiyevə GEDƏCƏK

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə gedəcək.   Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursu...

Prezident Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.   ...

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak ...

Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.   Sfera.az...

Bu marka “Apple”ı geridə qoydu - İlk pillədə isə...

"Xiaomi" cari ilin avqustunda “Apple”ı geridə qoyaraq dünyada ikinci ən böyük smartfon brendi olub.   Sfera.az xəbər verir ki, ...

Dahi şəxsiyyətlərin soyad sonluğu necə yazılmalıdır? - Professor aydınlıq gətirdi

Bildiyimiz kimi, dünən dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü idi. Buna görə onun soyadı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri iddia edir ...