"1991-ci il Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir" - Mirzoyan

Siyasət
17:22 / 13.05.2024
5925
"1991-ci il Alma-Ata Bəyannaməsi Ermənistan və Azərbaycan arasında demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir".
Sfera.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq ilə birgə mətbuat konfransında bildirib. O deyib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı sərhədlər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və delimitasiya prosesi üçün əsas olmalıdır.
“Biz əminik ki, eyni prinsipi təsbit etməklə və sülh müqaviləsi imzalamaqla uzunmüddətli münaqişəyə son qoymaq, regionda güclü və davamlı sülh yaratmaq olar”, - Mirzoyan vurğulayıb.
Əzizə Zeynal