\"20 sentyabrı “Bütövlük günü” kimi qeyd etməliyik\" - Zahid Orucdan TƏKLİF

\

“Milli kimliyimiz və onun ayrılmaz atributu olan milli dilimizin quruculuğu, statusu, inkişafı XIX əsrin sonu, XX əsrin əvvəllərində yeni elitanın - Azərbaycan maarifçiliyinin meydana çıxması ilə birbaşa bağlıdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzində (STM) keçirilən "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz" elmi konfransında çıxış edən STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

Z.Oruc bildirib ki, tarixən xalqın “millət”ə çevrilməsində müharibələr müstəsna rol oynayır:

 

“Bir neçə nümunə: Pyemont-Sardinya/İtaliya, Prussiya-Almaniya, Serbiya-Yuqoslaviya, eləcə də I Napoleona qarşı savaşlardan sonra çar Rusiyasında başlayan mədəni intibah bu reallığın örnəkləridir. 

 

Təkcə son iki əsrdə müharibələrdəki məğlub milli kimliyi simvolizə edən bir çox hadisələrə məruz qalmışıq: 1804-1813-1828 müqavilələri, 31 Mart soyqırımı , sovet repressiyaları, 20 Yanvar faciəsi, 20 faiz torpaqların işğalı və digər tarixlər inkarolunmazdır. Müxtəlif xalqların kimlik uzunömürlülüyü qrafikinə diqqət edin, göründüyü kimi, müxtəlif milli adlar altında varoluşun indeksi xalqımızın tarixində digər millətlərlə müqayisədə ən aşağı göstəriciyə malikdir”.

 

Deputat qeyd edib ki, Azərbaycan xalqının yeni milli və siyasi kimlik qazanmasında hərbi Zəfərimizin müstəsna rolu müqayisəsizdir:

 

“27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi, Qarabağın xilası işğal faktorunu-natamam ərazi bütövlüyü və məğlub milli kimliyi aradan qaldıraraq, milli dövlət quruculuğunun əskik qalan sonuncu və milli kimliyin ən başlıca simvolunu – Qalibiyyət hekayəsini qazandırıb. Qarabağın azad edilməsi təkcə işğal faktının aradan qalxması, yəni yalnız ərazi hadisəsi deyil, həm də siyasi, mənəvi, mədəni, iqtisadi və geosiyasi coğrafiyamızın da böyüməsi deməkdir.

 

Biz təkcə ərazi tamlığına və suverenliyinə deyil, həm də fikir və düşüncə bütövlüyünə, 20 faizlik sindromdan əziyyət çəkən milyonlarla vətəndaşın dünya baxışını və ideallarını köklü dəyişdirən yeni milli kimliyə qovuşmuşuq. Son 3 əsrdə ən azı 7 dəfə “Böyük Köç”ə, dəfələrlə iqtisadi yağmalanmaya və kütləvi qırğınlara məruz qalan, fərqli ideoloji formasiyalardan keçən xalq öz siyasi keçmişində heç vaxt düşmənləri üzərində indiki qədər tam və qəti qələbə qazana bilməyib. Qələbəmiz bu torpaqlarda min illərdir yaşadığımızın sübutudur. İndi Azərbaycan sözü özünün coğrafi mənsubiyyət anlamında daim torpaq itkisi yaşayan toplumu deyil, Vətənin hər qarışı uğrunda döyüşməyi bacaran, onu qaytaran bir milləti - 21-ci əsrin hələ ki tək Zəfər sahibini özündə əks etdirir”.

 

Z.Oruc təklif edib ki, 20 sentyabr “Bütövlük günü” kimi qeyd edilsin:

 

“Bizi cazibə mərkəzinə almaq istəyən sabiq imperiyalar, yaxud keçmişə qaytarmağa çağıran zehniyyət və nəhayət, milli kimliymizi tanımaq istəməyən erməni mifologiyasına qarşı öz bütünlüyümüzlə cavab verməliyik. Burada hər hansı dini, etnik, sosial və siyasi bölücülüyə yer qalmır. Bütöv Azərbaycan kiməsə qarşı olmaqdan çox, uzlaşma məkanıdır. Biz fərqindəyik ki, 3 imperiya varisi ilə əhatə olunmuşuq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...