Fransanı çətin günlər GÖZLƏYİR: “Yay aylarında qarşıdurma yarana bilər”

Fransanı çətin günlər GÖZLƏYİR: “Yay aylarında qarşıdurma yarana bilər”

“Fransada keçiriləcək yay olimpiya oyunlarında qalmaqal gözlənilir”.

 

Bu barədə Sfera.az-a “Atlas” Araşdırmalar Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, keçmiş illərdə dopinq qalmaqallarında daha çox Rusiya idmançılarının adı çəkilib:

 

“Vəziyyət o həddə çatmışdı ki, Rusiyanın bütöv idman federesiyalarına beynəlxalq yarışlarda iştirakları qadağan edilmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Rusiyanın olimpiya oyunlarına yolu bağlanıb. Rus idmançıları Paris Olimpiadasında ölkələrinin bayraqları altında çıxış edə bilməyəcəklər. Həmin idmançılar yarışlara ancaq fərqi qaydada qatıla bilərlər. Rusiyada siyasi dairələr idmançılarını yay olimpiadasını boykota çağırırlar. Digər tərəfdən, “New York Times” qəzetində yayımlanan məqalədə Dünya Anidopinq Agentliyi (WADA) sərt tənqid olunub. Aydın olub ki, 21 çinli üzgüçü beynəlxalq yarışların birində dopinqdən istifadə edib. Buna baxmayaraq, Dünya Anidopinq Agentliyi dopinq qalmaqalına ciddi yanaşmayıb, üzgüçüləri cəzalandırmayıb”.

 

Bildirilib ki, ABŞ-nin Antidopinq Agentliyinin başçısı Trevis Tayqart çinli idmançıların dopinqdən istifadəsinə beynəlxalq təşkilatın seyrçi qaldığına görə tənqid edib:

 

“Tayqart “Politico” nəşrinə verdiyi müsahibədə, WADA-nın Çindən çəkindiyini və buna görə dopinqdən istifadə edən idmançıları cəzalandırmadığını bildirib. Çinli idmançılar olimpiadalarda yüksək nəticələr göstərirlər. Görünür, beynəlxalq təşkilat buna görə çinli idmançıları cəzalandırmaq istəməyib. Mövcud qalmaqalın Paris Olimpiya Oyunlarına kölgə salacağı ehtimal edilir. Çünki eyni idmançılar Paris Olimpiadasında iştirak edəcəklər. Həmin idmançılar yarışlarda qələbə qazansalar, digər ölkələrin federasiyaları bu qələbələri tanımaya bilərlər. Nəticədə yay olimpiyadasında ölkələr arasında qarşıdurma yaranacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Bizdə keçirilən toyların artıq heç bir müsbət tərəfi yoxdur"

Ölkəmizdə toy mərasimləri xüsusi təmtəraqlı keçirilir. Toy mərasimlərində israfçılığa son qoyulması illərdir müzakirə edilsə də, dəb dəbə hələ də müşahidə olunu...

Millət vəkilindən quru sərhədlərin bağlı qalması ilə bağlı açıqlama

Quru sərhədlərimizin bağlı qalması strateji qərardır, strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır.   Sfera.az xəbər verir ki, bunu APA-ya açıq...

Kazino layihəsi haqda bir neçə kəlmə...

Dünən qaraguruhun, “söyüş müxalifəti”nin “stajlı” üzvlərindən biri (adını çəkib reklam etmək istəmirəm) Milli Məclisin plenar iclasında ...

Problemli kreditlərdən necə xilas ola bilərik?

2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına g...

Astana yaxınlığında təyyarə qəzası:2 ölü var

Astana yaxınlığında yerləşən Jolaman aerodromunun ərazisində təlim uçuşu zamanı TL-2000 yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.   Sfera.az Qaz...

Ukrayna ordusu əks-hücuma keçdi: Bu ərazi azad edildi

Ukrayna ordusu Sum vilayəti istiqamətində əks-hücum əməliyyatlarına başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları mə...