Logo

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini YAD ETDİLƏR

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini YAD ETDİLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yeniyetmə boksçular arasında keçiriləcək “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqları və Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər.

ABF-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, onlar Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR