NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

“Kiyev əmindir ki, onun sülh formulu NATO-nun İsveçrədə keçiriləcək sammitində qəbul olunacaq”.
Sfera.az bildirir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Standard” qəzetinə müsahibəsində deyib.
O, fikirlərini bu cür ifadə edib:
“İsveçrədəki sammit çox mühüm platformadır. Bizim üç məqsədimiz var ki, buna sülh formulunun yekun qəbulu da daxildir. Biz digər ölkələr arasında da sənədin dəstəklənməsinə nail olacağımıza ümid edirik”.
Qeyd edək ki, iyunun 15-16-da NATO-nun Ukrayna üzrə konfransının keçiriləcəyi gözlənilir. Rusiya isə bura dəvət olunmayıb. Bununla belə, İsveçrə diplomatiyasının rəhbəri İqnazio Kassis vurğulayıb ki, indi Ukrayna ilə bağlı heç bir məsələ Moskvanın rəyi nəzərə alınmadan həll edilə bilməz.
Günay