Prezidentin Şuşadan verdiyi mesajların PƏRDƏARXASI: “Bu, onlara ünvanlanıb” 

Prezidentin Şuşadan verdiyi mesajların PƏRDƏARXASI: “Bu, onlara ünvanlanıb” 

“Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində sakinlərlə görüşdə “əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin” açıqlamasının birinci hissəsi İrəvanda mitinq keçirən radikallara, onlara dəstək verən kilsəyə ünvanlanıb”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, radikallar Baş nazir Nikol Paşinyanı devirib Azərbaycanla mövcud razılaşmalardan itmina etsələr, sərhəddə quraşdırılan dirəkləri söksələr, bu, növbəti müharibəyə səbəb olacaq:

 

“Ermənilərin bu dəfə itkiləri daha böyük olacaq. Erməni cəmiyyətinin iki seçimi var. Birinci seçim yürüş və mitinqi təşkil edən keşinin ardınca getmək və bununla yeni müharibəyə hazırlaşmaq...İkinci seçim əvvəlki kimi Baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləməklə hazırkı danışıqlar prosesinə tərəfdar olmaq.... İkinci Qarabağ müharibəsindən ağır dərs alan erməni cəmiyyətinin əksər hissəsinin ikinci seçimə üstünlük verəcəyi ehtimalı yüksəkdir”.

 

Ekspert bildirib ki, İlham Əliyevin mesajının ikinci hissəsi Fransa və ABŞ-yə yönəlib:

 

“Prezidentin xəbərdarlığının mahiyyəti bundan ibarətdir ki, Paris və Vaşinqton hazırkı danışıqlar prosesinə mane olmamalı, əldə edilən razılaşmalara dəstək verməlidirlər. Fransa Azərbaycanla münasibətləri o qədər gərgin hala gətirib ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesini və əldə edilən müsbət nəticələri vurğulamağa üzü gəlmir. Vaşinqton isə mövcud prosesi dəstəkləməyə hazırdır. Bu mənada Vaşinqton Parisdən fərqlənir. İlham Əliyev də ikisi arasında bərabərlik işarəsi qoymur. Dövlət başçısı ən azı ABŞ rəsmiləri və diplomatları ilə dialoqu davam etdirir, Fransa ilə dialoq isə Parisin siyasəti ucbatından sıfıra endirilib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...